"Amrahbank" valyuta əmanətlərini ucuzlaşdırıb

"Amrahbank" valyuta əmanətlərini ucuzlaşdırıb Bakı. 27 mart. REPORT.AZ/ “Amrahbank” ASC xarici valyutada qəbul etdiyi əmanətlərin faiz dərəcələrini azaldıb.Bu barədə “Report” Banka istinadən xə...
Maliyyə
27 Mart , 2017 13:03
Amrahbank valyuta əmanətlərini ucuzlaşdırıb

Bakı. 27 mart. REPORT.AZ/ “Amrahbank” ASC xarici valyutada qəbul etdiyi əmanətlərin faiz dərəcələrini azaldıb.

Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumata görə, məsələn, hazırda “Amrahbank”da 1 il müddətinə ABŞ dolları ilə yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 6-6,3% divident vəd edilir. İndiyə qədər Amerika valyutası üzrə illik gəlirlilik 7-7,3% olub.

Bundan başqa, Bank 1 il müddətinə avro ilə qəbul edilən əmanətlərə görə 3% divident vəd edir. Halbuki indiyə qədər avro üzrə illik gəlirlilik faizlərin ödənilmə tezliyindən asılı olaraq 6-6,5% olub.

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 398 844 səhm əsasında formalaşıb. Səhmlərin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta”nın 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər

Orphus sistemi