"Amrahbank"ın illik zərəri 36% artıb

"Amrahbank"ın illik zərəri 36% artıb Bankın aktivləri isə ötən il ərzində 16% azalıb
Maliyyə
16 Yanvar , 2017 18:02
Amrahbankın illik zərəri 36% artıb

Bakı. 16 yanvar. REPORT.AZ/ "Amrahbank" ASC-nin aktivləri illik müqayisədə 15,7% azalaraq 2017-ci il yanvarın 1-nə 256,2 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, müştərilərə verilmiş kreditlər 14,4% azalaraq 138,5 mln. manat olub. Hesabat ilində depozitlər də 8,88% azalaraq 141,4 mln. manata enib.

Bank ötən ildə 8 422 657 manat zərər edib ki, bu da öz növbəsində əvvəlki illə müqayisədə 36,1% artım deməkdir. Bankın faiz gəlirləri 7,7% azalaraq 24 687 703 manat, faiz xərcləri 20,88% artaraq 14 317 557 manat təşkil edib. Haqq və komissiya gəlirləri 15,2% artaraq 2 426 635 manat, xərcləri 55,2% artaraq 771 422 manat olub.

Qeyd edək ki, cari il yanvarın 1-nə əsasən Bankın bölüşdürülməmiş mənfəəti 2 315 058 manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azalma deməkdir. 

Bankın səhmdar kapitalı isə dəyişməz qalaraq 39 844 400 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi