Bu barədə “Report”a bankın mərkəzi ofisindən məlumat verilib. Məlumata görə İngiltərədə fəaliyyət göstərən, maliyyə məsələləri üzrə ixtisaslaşmış “Global Banking and Finance Review” nəşriyyat qrupu 2014-cü ildə “AMRAHBANK”ı “Mikro- Kiçik- Orta Sahibkarlığa göstərilən xidmətlər üzrə Azərbaycanın ən sürətlə inkişaf edən bankı” elan edib.
“AMRAHBANK”ın açıqlamasında 2013-cü ilin kredit portfelində mikro-kiçik-orta sahibkarlara verilən kreditlərin həcmi 2012-ci illə müqayisədə 2 dəfədən çox olduğu deyilir.
Xatırladaq ki, İngiltərədə fəaliyyət göstərən “Global Banking and Finance Review” qrupunun internet portalının illik 200 ölkədən olan 1 milyondan çox oxucusu var. Portalın statistik məlumatlarına görə illik veb səhifəni nəzərdən keçirilənlərin sayı- 4.2 milyondur. 2013-cü ildə Azərbaycandan portal 4063 dəfə ziyarət olunub.