​“Amrahbank”ın yeni regional filialı açılıb

​“Amrahbank”ın yeni regional filialı açılıb Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanın “Amrahbank” ASC-nin Şəmkir rayonunda filialı fəaliyyətə başlayıb. Bu barədə “Report”a...
Maliyyə
26 Avqust , 2014 16:41
​“Amrahbank”ın yeni regional filialı açılıb
Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanın “Amrahbank” ASC-nin Şəmkir rayonunda filialı fəaliyyətə başlayıb. Bu barədə “Report”a bankın mərkəzi ofisindən məlumat verilib.

Filial Şəmkir şəhəri, 20 Yanvar küçəsi,13A ünvanında açılıb və ümumilikdə 420 kv. metrlik sahəni əhatə edir. Şəmkir filialında həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köcürmələri, beynəlxalq plastik kartlarla əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma-kassa əməliyyatları və s. xidmətlər göstəriləcək.

Qeyd edək ki, 1993-cü ildə təsis edilən “Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyndə fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hazırda bankın 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Bankın filial şəbəkəsi paytaxtla yanaşı Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionları da əhatə edir.

Son xəbərlər

Orphus sistemi