Bakı. 4 aprel. REPORT.AZ/ “Amrah Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 6,735 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,6% azdır.
2017-ci ildə “Amrah Sığorta”nın cəmi öhdəlikləri 38,3% azalaraq 768 min manata düşüb, cəmi kapitalı isə 2,6% artaraq 5,967 mln. manata çatıb.
Ötən il “Amrah Sığorta”nın gəlirləri 1,261 mln. manat (əvvəlki ilə nisbətən 53.4% az), xərcləri isə 765 min manat (22% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 496 min manat olub ki, bu da illik müqayisədə 71,3% azdır.
2017-ci ildə “Amrah Sığorta” 2016-cı ildə olduğu kimi mənfəət vergisi ödəməyib və ili 496 min manat mənfəətlə başa vurub.