"Amrah Sığorta"nın öhdəlikləri 59% azalıb

"Amrah Sığorta"nın öhdəlikləri 59% azalıb Şirkət ilk yarımilliyi mənfəətlə başa vurub
Maliyyə
3 Oktyabr , 2016 10:39
Amrah Sığortanın öhdəlikləri 59% azalıb

Bakı. 3 oktyabr. REPORT.AZ/  "Amrah Sığorta" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 6,796 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 0,74% azdır.

Son 6 ayda "Amrah Sığorta"nın cəmi kapitalı 35,62% artaraq 5,7 mln. manata, cəmi öhdəlikləri isə 58,53% azalaraq 1,096 mln. manat olub.

Bu ilin ilk yarısında Şirkətin ümumi gəlirləri 2,053 mln. manat, ümumi xərcləri isə 445 min manat təşkil edib. Son nəticədə "Amrah Sığorta"nın xalis mənfəəti 1,608 mln. manat olub.

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 200 manat olan 25 000 səhm əsasında formalaşıb. Səhmlərim 85%-i Yunis Əli oğlu İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Əmrah Yunis oğlu İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi