“Amrah Sığorta”nın mənfəəti 9 dəfə azalıb

“Amrah Sığorta”nın mənfəəti 9 dəfə azalıb “Amrah Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 6,522 mln. manat təşkil edib.
Maliyyə
28 Mart , 2019 16:36
“Amrah Sığorta”nın mənfəəti 9 dəfə azalıb

“Amrah Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 6,522 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,2% azdır.

2018-ci ildə “Amrah Sığorta”nın cəmi öhdəlikləri 39,4% artaraq 1,07 mln. manata çatıb, cəmi kapitalı isə 8,6% azalaraq 5,452 mln. manata düşüb.

Ötən il “Amrah Sığorta”nın gəlirləri 635 min manat (əvvəlki ilə nisbətən 49,6% az), xərcləri isə 580 min manat (24,2% az) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib. Son nəticədə “Amrah Sığorta” 2018-ci ili 55 min manat mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 88,9% və yaxud təxminən 9 dəfə azdır.

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Şirkətin səhmlərinin 85%-i Y.İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Ə.İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi