“Amrah Bank” bu ilin 9 ayını zərərlə başa vurub

“Amrah Bank” bu ilin 9 ayını zərərlə başa vurub “Amrah Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 8,196 milyon manat zərərlə başa vurub.
Maliyyə
4 Noyabr , 2019 13:08
“Amrah Bank” bu ilin 9 ayını zərərlə başa vurub

“Amrah Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 8,196 milyon manat zərərlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,3% azdır.

9 ay ərzində “Amrah Bank”ın gəlirləri 13,27 milyon manat (illik müqayisədə 13,3% çox), xərcləri 19,372 milyon manat (0,8% az), xüsusi ehtiyatlara ayırmaları isə 2,094 milyon manat (14,9% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Amrah Bank”ın aktivləri 195,319 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,7% azdır. Bunun 97,956 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,4% kiçilib.

Hesabat dövründə “Amrah Bank”ın öhdəlikləri 5,2% artaraq 183,825 milyon manata, o cümlədən depozit portfeli 1,2% artaraq 163,39 milyon manata çatıb, balans kapitalı isə 64,4% azalaraq 11,494 milyon manata düşüb.

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39,844 milyon manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri və 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər

Orphus sistemi