Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələri, həmçinin onların tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.
“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Qərara görə, yeni əməkhaqları aşağıdakı şəkildə müəyyən edilib:
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 143 |
2 | 146 |
3 | 149 |
4 | 152 |
5 | 155 |
6 | 161 |
7 | 167 |
8 | 174 |
9 | 182 |
10 | 190 |
11 | 198 |
12 | 206 |
13 | 216 |
14 | 231 |
15 | 251 |
16 | 294 |
17 | 396 |
18 | 535 |
19 | 825 |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 160 |
2 | 168 |
3 | 176 |
4 | 184 |
5 | 192 |
6 | 200 |
7 | 208 |
8 | 216 |
9 | 227 |
10 | 240 |
11 | 253 |
12 | 267 |
13 | 281 |
14 | 306 |
15 | 335 |
16 | 388 |
17 | 495 |
18 | 634 |
19 | 875 |
Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.