AMB: "Yeni sığorta qanunvericiliyi ilə daha keyfiyyətli sığorta xidməti göstəriləcək"

AMB: "Yeni sığorta qanunvericiliyi ilə daha keyfiyyətli sığorta xidməti göstəriləcək" "Azərbaycanda sığorta qanunvericiliyinin yenilənməsi vətəndaşlara daha keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi ilə nəticələnəcək".
Maliyyə
23 Sentyabr , 2022 14:10
AMB: Yeni sığorta qanunvericiliyi ilə daha keyfiyyətli sığorta xidməti göstəriləcək
Vüsal Qurbanov

"Azərbaycanda sığorta qanunvericiliyinin yenilənməsi vətəndaşlara daha keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi ilə nəticələnəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov bildirib.

O, bu barədə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tətbiq olunacaq yeniliklər" mövzusunda keçirilən təlimdə danışıb.

"AMB-nin sığorta sahəsində qəbul etdiyi yeni qaydalar sığortalıların məmnunluq səviyyəsinin yüksəlməsinə hesablanıb. Nəzərdə tutulan yeniliklərdən ikisi icbari avtomobil sığortası adlandırdığımız "Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə yeni qaydaların, yeni tənzimləmə alətlərinin tətbiqidir.

Bunlardan biri zərərlərin birbaşa tənzimlənməsi qaydasıdır ki, noyabrın 1-dən qüvvəyə minəcək. Bu qaydada sığorta hadisəsi vaxtı vətəndaşın sığorta ödənişini alması üçün şəhadətnamə aldığı şirkətə müraciət etməsi ehtiva olunacaq. Bu da sığorta şirkətlərində öz müştərisinə daha yaxşı xidmət göstərmək motivasiyası yaradacaq. Təhlillər göstərir ki, bu qayda sığortalıların məmnunluq səviyyəsinin yüksəlməsinə xidmət edəcək.

Digər qayda isə həmin növ üzrə sığorta haqlarının müəyyən edilməsi qaydasıdır. Bu qaydada dəyişikliyin məqsədi vətəndaşların 3-cü şəxsə zərər vurmaq ehtimalını nəzərə alaraq maksimum təhlükəsiz idarəetməyə çağırışdır. Bu dəyişiklik bir neçə risk faktoruna görə dəyişəcək. Bu da daha doğru, risk əsaslı yanaşma deməkdir. Bu qayda isə oktyabrın 1-dən tətbiq edilməyə başlayacaq", - deyə AMB rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi