AMB xaricə pul köçürmələri ilə bağlı yeni qaydalarla bağlı məlumat yayıb

AMB xaricə pul köçürmələri ilə bağlı yeni qaydalarla bağlı məlumat yayıb Rezidentlərin xarici banklardakı hesablarına pul köçürmələrinin aparılmasında mövcud sərbəstlik aradan qaldırılıb
Maliyyə
7 Dekabr , 2016 18:45
AMB xaricə pul köçürmələri ilə bağlı yeni qaydalarla bağlı məlumat yayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Tədiyə balansının və valyuta bazarının tarazlaşdırılmasında mühüm rol oynayan valyuta nəzarəti mexanizminin effektivliyinin artırılması məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” yeni redaksiyada qəbul edilib. 

“Report” xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumata görə, qaydalarda cari valyuta əməliyyatlarında, o cümlədən təhsil və müalicə haqlarının köçürülməsi ilə bağlı valyuta ödənişlərində sərbəstlik saxlanılmaqla bəzi köçürmələrdə müəyyən limitlərin tətbiqi (hesab açmadan və şəxsi məqsədlər üçün aparılan köçürmələrdə rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1000 (bir min) ABŞ dolları ekvivalentinədək, ay ərzində isə cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək maksimum məbləği, yaxın qohumlara köçürülən vəsaitin ay ərzində cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək) nəzərdə tutulur. Bununla bərabər rezidentlərin xarici banklardakı hesablarına pul köçürmələrinin aparılmasında mövcud sərbəstlik aradan qaldırılıb.

Eyni zamanda yeni qaydalarda idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 180 gün müddətində malların və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasına bank nəzarəti tədbirləri müəyyən edilib.

Qaydalarda xarici investisiyanın repartriasiyası, investisiyalar üzrə əldə edilən istənilən növ gəlirlərin məhdudiyyətsiz köçürülməsi rejimi dəyişdirilmədən olduğu kimi saxlanıb.

Yeni qaydalar sabahdan qüvvəyə minir. 

Son xəbərlər

Orphus sistemi