AMB valyuta və depozit hərraclarını da "Bloomberg" platformasına keçirib

AMB valyuta və depozit hərraclarını da "Bloomberg" platformasına keçirib "Bloomberg" hərrac platforması hazırda Mərkəzi Bank tərəfindən həmin pul siyasəti əməliyyatları üzrə vahid platforma rolunu oynayır
Maliyyə
6 İyul , 2017 12:46
AMB valyuta və depozit hərraclarını da Bloomberg platformasına keçirib
Report

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta və depozit hərraclarını "Bloomberg" hərrac platforması vasitəsilə həyata keçirir. 

“Report”un AMB-yə istinadən verdiyi xəbərə görə, "Bloomberg" hərrac platforması əvvəllər yalnız qiymətli kağızlarla alqı-satqı və repo əməliyyatların aparılmasını dəstəkləyirdisə, AMB-nin təşəbbüsü ilə platformaya valyuta ("spot" və "forvard") və depozit hərraclarının təşkil edilməsi imkanı da əlavə edilərək təkmilləşdirilib.

"Özünün çevik hərrac üsulları ilə valyuta və depozit hərraclarının təşkil edilməsi sahəsində qabaqcıl texnologiyalarını təqdim edən "Bloomberg" hərrac platforması hazırda Mərkəzi Bank tərəfindən həmin pul siyasəti əməliyyatları üzrə vahid platforma rolunu oynayır", - deyə AMB-dən bildirilib.

Qeyd edək ki, "Bloomberg"in çoxtərəfli (multi-asset) hərrac platforması bazar iştirakçılarına Mərkəzi Bankın hərraclarını izləmək və hərraclarda iştirak etmək imkanını yaradır. Bu, bazar iştirakçıları üçün depozit, valyuta, repo və notların yerləşdirilməsi üzrə hərracların təşkil edilməsinə imkan verən geniş funksionallıqlar dəstinin tərkib hissəsidir. Hərrac məlumatları avtomatik şəkildə "Bloomberg"in FX Elektron Treydinq Platformasına (FXGO) ötürülür. "Bloomberg" Peşəkar Xidmətləri (Bloomberg Professional Services) abunəçiləri üçün əlçatan olan bu sistem "Bloomberg"in statistik məlumat, xəbərlər, analitika və kommunikasiya funkionallıqlarına tam inteqrasiya olunub.

Son xəbərlər

Orphus sistemi