Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının aprelin 20-nə rəsmi məzənnəsini 1,5128 AZN/USD səviyyəsində müəyyən edib.
AMB-dən "Report"a verilən məlumata görə, bu, gündəlik 0,26% azalma deməkdir.
Qeyd edək ki, aprelin 19-da rəsmi məzənnə 1,5167 AZN/USD səviyyəsində olub.