Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının martın 4-nə rəsmi məzənnəsini 1,6019 AZN/USD müəyyən edib. Bu, gündəlik 1,11% artım deməkdir.
Bu barədə AMB-dən "Report"a verilən məlumatda bildirilir.
Qeyd edək ki, bu gün rəsmi məzənnə 1,5843 AZN/USD səviyyəsində olub.