AMB: "Rusiya banklarının SWIFT-dən ayrılmasının təsirləri araşdırılır"

AMB: "Rusiya banklarının SWIFT-dən ayrılmasının təsirləri araşdırılır" Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya-Ukrayna müharibəsi nəticəsində qonşu ölkənin banklarının SWIFT-dən ayrılmasının Azərbaycanıın bank sektoruna təsirlərini araşdırır.
Maliyyə
29 Aprel , 2022 12:35
AMB: Rusiya banklarının SWIFT-dən ayrılmasının təsirləri araşdırılır

Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya-Ukrayna müharibəsi nəticəsində qonşu ölkənin banklarının SWIFT-dən ayrılmasının Azərbaycanıın bank sektoruna təsirlərini araşdırır.

"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov bildirib.

“Bu araşdırma həm yerli qurumlar, həm də beynəlxalq komissiyalar səviyyəsində aparılır. Hazırda hesablaşma əməliyyatlarında problem yoxdur. Müxbir hesablarda komplayns ("Compliance" - uyğunlaşma) şərtləri sərtləşdirilib", - deyə o, qeyd edib.

AMB rəsmisi Azərbaycan banklarının "Bank VTB Azərbaycan" ASC-nin kartları ilə əməliyyatlara tətbiq etdiyi məhdudiyyətlərə də münasibət bildirib: "Bu, bankların hansısa risklərini nəzərə alması ilə bağlı ola bilər, amma ümumilikdə "Bank VTB Azərbaycan"ın kartları ilə ölkədə əməliyyatlar arasında aktivdir".

Son xəbərlər

Orphus sistemi