Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədən kənarda “Maryam Invest” adı ilə fəaliyyət göstərən investisiya şirkəti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
"Report" AMB-nin açıqlamasına istinadən xəbər verir ki, kapital bazarlarında aparılan qeyri-qanuni fəaliyyət və fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən investorların mütəmadi məlumatlandırılması diqqət mərkəzində saxlanılır.
Son dövrlər ölkə hüdudlarından kənarda yeni fırıldaqçılıq hallarına cəhd edildiyi müşahidə edilir. AMB-yə daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olub ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən “Maryam Invest” investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər. Fırıldaqçılar qeyd olunan şirkətin AMB-dən lisenziya aldığını bildirərək saxta sənədlər əsasında vətəndaşların etibarını qazanmağa çalışaraq onları təqdim etdikləri xarici bank hesablarına investisiya etməyə təşviq edirlər.
AMB bir daha əhalini diqqətli olmağa və fırıldaqçıların bu tipli təkliflərinə aldanmamağa, belə halların geniş vüsət almamasından ötrü investisiya xidmətlərindən istifadə etməmişdən əvvəl bu xidmətləri təklif edən şəxslərin fəaliyyətinin qanuniliyinin və lisenziyası olan şəxslərin siyahısının dəqiqləşdirilməsi üçün qurumun internet səhifəsindən