AMB: “Ölkə banklarında hesabdan köçürmə prosedurları qəlizdir”

AMB: “Ölkə banklarında hesabdan köçürmə prosedurları qəlizdir” “Azərbaycanda bank müştərilərinin ödənişləri zamanı üzləşdiyi çətinliklərdən biri prosedurların qəlizliyidir”.
Maliyyə
8 Dekabr , 2021 17:38
AMB: “Ölkə banklarında hesabdan köçürmə prosedurları qəlizdir”

“Azərbaycanda bank müştərilərinin ödənişləri zamanı üzləşdiyi çətinliklərdən biri prosedurların qəlizliyidir”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ani ödəniş sisteminin təminatı şöbəsinin layihə rəhbəri Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, əsas problem müştərilərdən tələb edilən rekvizitlərlə bağlıdır: “Biz bu problemi “Ani pay” identifikatoru hesabına həll etmişik. Mərkəzi bazada bütün məlumatlar var. Müştərilər sadəcə ID-ni qeydiyyatdan keçirməklə bank hesablarından birbaşa köçürmə imkanı əldə edə bilərlər”, - deyə o, qeyd edib.

Ani ödənişlər sisteminə hazırda 23 bank inteqrasiya olunub. L.Əliyeva iştirakçıların sayının artırılması ilə bağlı danışarkən bildirdi ki: "Yeni oyunçuların bazara daxil etməklə rəqabətli ekosistem formalaşacaq".

Son xəbərlər

Orphus sistemi