AMB-nin yeni notları dövlət qeydiyyatına alınıb

AMB-nin yeni notları dövlət qeydiyyatına alınıb Qiymətli kağızların tədavül müddəti 27 gündür
Maliyyə
6 Yanvar , 2017 16:36
AMB-nin yeni notları dövlət qeydiyyatına alınıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) bu il emissiya ediləcək hər birinin nominal dəyəri 100 manat olan 2,6 mln. ədəd qısamüddətli notlarının emissiya prospektini 53S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alıb. Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, Palata tərəfindən həmçinin AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 50 min ədəd qısamüddətli notlarının buraxılışı 50100153S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Qiymətli kağızların tədavül müddəti 27 gündür. 

Son xəbərlər

Orphus sistemi