AMB-nin yeni not emissiyası dövlət qeydiyyatına alınıb

AMB-nin yeni not emissiyası dövlət qeydiyyatına alınıb Qiymətli kağızların tədavül müddəti 28 gündür
Maliyyə
16 Yanvar , 2017 12:41
AMB-nin yeni not emissiyası dövlət qeydiyyatına alınıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) yeni not emissiyasını (50100353S) dövlət qeydiyyatına alıb. Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 100 manat olan 50 min qısamüddətli notun buraxılışını nəzərdə tutur.

Qiymətli kağızların tədavül müddəti 28 gündür. 

Son xəbərlər

Orphus sistemi