AMB-nin yeni not emissiyası dövlət qeydiyyatına alınıb

AMB-nin yeni not emissiyası dövlət qeydiyyatına alınıb Qurum 50 mln. manatlıq not buraxır
Maliyyə
21 Dekabr , 2016 09:46
AMB-nin yeni not emissiyası dövlət qeydiyyatına alınıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Mərkəzi Bankının yeni not emissiyasını 50100852S nömrəsi ilə dövlət qeydiyyatına alıb. Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd (50 mln. manatlıq) dövlət qısamüddətli notlarının buraxılışını nəzərdə tutur.

Qiymətli kağızların notların tədavül müddəti 28 gündür.