AMB-nin valyuta ehtiyatları cüzi artıb

AMB-nin valyuta ehtiyatları cüzi artıb İlin əvvəlinə nisbətən isə qurumun valyuta ehtiyatları 31% artıb
Maliyyə
7 Noyabr , 2017 11:00
AMB-nin valyuta ehtiyatları cüzi artıb
Report

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2017-ci il noyabrın 1-nə 5 200,7 mln. ABŞ dolları təşkil edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 33,2 mln. dollar və yaxud 0,64% çoxdur.

İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 1 226,3 mln. dollar və yaxud 30,86%, son bir ildə isə 1 195,2 mln. dollar və yaxud 29,84% artıb. 

Son xəbərlər

Orphus sistemi