AMB-nin sədri: "Bu il ölkənin valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağını gözləyirik"

AMB-nin sədri: "Bu il ölkənin valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağını gözləyirik" Bakı. 9 aprel. REPORT/ Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkənin valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağını gözləyir.
Maliyyə
9 aprel 2018 11:52
AMB-nin sədri: Bu il ölkənin valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağını gözləyirik
AMB sədri Elman Rüstəmov / Report/ Firi Salim

Bakı. 9 aprel. REPORT/ Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkənin valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağını gözləyir.

"Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov məlumat verib.

"Valyuta ehtiyatları bu ilin əvvəlindən  2,2 mlrd. ABŞ dolları məbləğində artaraq 44 mlrd. dolları keçib. İlin sonuna ehtiyatlar əhəmiyyətli dərəcədə artacaq. Çünki onlardan həm qənaətlə istifadə edirik, həm də büdcəyə tranferlər azaldılıb. İdxal da əhəmiyyətli dərəcədə azalıb. Bütün bunlar imkan verir ki, mövcud layihələr həyata keçirilsin və gələcək nəsillər üçün fondumuzu da artıraq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi