AMB-nin notlarına tələbat gözlənildiyindən 55% az olub

AMB-nin notlarına tələbat gözlənildiyindən 55% az olub Bu gün qurumun qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
8 Fevral , 2017 15:56
AMB-nin notlarına tələbat gözlənildiyindən 55% az olub

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) ümumi həcmi 50 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının (50100653S) yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hərraca 3 investor 3 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 22,759 mln. manat olub. Sifarişlər 98,8065 manat (14,9948%)-99,96 manat (13,0460%) qiyməti ilə təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 98,8065 manat (14,9948%), ortaölçülmüş qiymət 98,8409 manat (14,5575%) müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 22,759 mln. manat məbləğində müəyyənləşdirilib.

Qiymətli kağızların ödəmə tarixi 9 mart 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi