AMB-nin notlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib

AMB-nin notlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib Bu gün Bakı Fond Birjasında qurumun qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
11 Oktyabr , 2017 18:18
AMB-nin notlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100262S dövlət qeydiyyat nömrəli, 150 mln manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 15 investor 431 920 400 manat məbləğində, qiyməti 99,2278 manat (10,01%) olan 20 sifariş təqdim edib.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti də bu qədər müəyyən edilib. Bütün notlar yerləşdirilib.

Qiymətli kağızların ödəmə tarixi 8 noyabr 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi