Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101467S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report”un birjaya istinadən verdiyi xəbər görə, hərraca 14 investor qiyməti 99,3812 manat (8,01%) olan 20 sifariş təqdim edib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 591 726 600 manat olub. AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,3812 manat (8,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 200 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 10 may 2018-ci ildir.