AMB-nin notlarına tələb təklifi 3 dəfə üstələyib

AMB-nin notlarına tələb təklifi 3 dəfə üstələyib Bu gün Bakı Fond Birjasında qurumun qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
25 Oktyabr , 2017 17:53
AMB-nin notlarına tələb təklifi 3 dəfə üstələyib
Report

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100462S dövlət qeydiyyat nömrəli, 200 mln manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 16 investor qiyməti 99,2278 manat (10,01%) olan 21 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 540 472 500 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 22 noyabr 2017-ci ildir. 

Son xəbərlər

Orphus sistemi