AMB-nin notlarına tələb təklifi 2,75 dəfə üstələyib

AMB-nin notlarına tələb təklifi 2,75 dəfə üstələyib Bu gün Bakı Fond Birjasında qurumun notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
27 Sentyabr , 2017 16:19
AMB-nin notlarına tələb təklifi 2,75 dəfə üstələyib
Report

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100361S dövlət qeydiyyat nömrəli, 200 mln manatlıq, 28 gün tədavül müddəti diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 18 investor ümumi dəyəri 550 630 500 manat olan 26 sifariş təqdim edib.

Sifarişlərin qiyməti 99,2278 manat (10.01%) olub. Elə AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti də bu qədər müəyyən edilib. 200 mln. manatlıq not yerləşdirilib.

Qiymətli kağızların ödəmə tarixi 25 oktyabr 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi