AMB-nin notları ilə bağlı hərracda tələb təklifdən 3 dəfə az olub

AMB-nin notları ilə bağlı hərracda tələb təklifdən 3 dəfə az olub Bu gün qurumun qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
10 Noyabr , 2016 17:39
AMB-nin notları ilə bağlı hərracda tələb təklifdən 3 dəfə az olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100252S nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 75 mln. manat, hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hərraca 3 investor 3 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 26 718 500 manat təşkil edib.

Sifarişlər 98,8879 manat (14,9948%) - 98,941 manat (14,2711%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti AMB tərəfindən 98,8879 manat (14,9948%), ortaölçülmüş qiyməti 98,8913 manat (14,8494%) səviyyəsində müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi sifariş qədər müəyyən edilib. Qiymətli kağızların ödəmə tarixi 07.12.2016-cı ildir.

Son xəbərlər

Orphus sistemi