AMB-nin notları ilə bağlı hərracda tələb təklifdən 2 dəfə çox olub

AMB-nin notları ilə bağlı hərracda tələb təklifdən 2 dəfə çox olub Bu gün Bakı Fond Birjasında qurumun qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
3 May , 2017 17:34
AMB-nin notları ilə bağlı hərracda tələb təklifdən 2 dəfə çox olub
Report

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50100856S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 25 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 3 investor 4 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 52 602 700 manat olub.

Sifarişlər 98,862 manat (14,7998%) – 98,88 manat (14,5631%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,862 manat (14,7998%), orta ölçülmüş qiyməti – 98,8628 manat (14,7893%) səviyyəsində AMB tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 25 mln. manat məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 31 may 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi