AMB-nin not hərracında tələb təklifi 2,5 dəfə üstələyib

AMB-nin not hərracında tələb təklifi 2,5 dəfə üstələyib Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101767S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
2 May , 2018 17:02
AMB-nin not hərracında tələb təklifi 2,5 dəfə üstələyib
Report

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101767S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 630 972 400,00 AZN olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil edib.

Notların ödəmə tarixi 30 may 2018-ci ildir. 

Son xəbərlər

Orphus sistemi