AMB-nin "Kapital Bank"a tələbi 3 mln. manat azalıb

AMB-nin "Kapital Bank"a tələbi 3 mln. manat azalıb Aprelin 1-nə AMB-nin tələbi 100 mln. manata enib
Maliyyə
29 Aprel , 2016 12:59
AMB-nin Kapital Banka tələbi 3 mln. manat azalıb

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının "Kapital Bank" ASC-yə qarşı tələbi azalıb. Cari ilin birinci rübündə bu göstərici 2,9% və ya 3 mln. manat azalaraq 100 mln. manata enib. "Report" bu barədə "Kapital Bank"ın ilk rüb üzrə hesabatına istinadən xəbər verir.

Cari il aprelin 1-nə Bankın aktivləri  2 019,881 mln. manat, məcmu kapitalı (tutulmalardan öncə) 275,891 mln. manat təşkil edib. 

Qeyd edək ki, cari il martın 1-nə Mərkəzi Bankın kommersiya banklarına məcmu tələbləri 6 463,4 mln. manat təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 19,5% və ya 1 053,2 mln. manat azdır.

Son xəbərlər

Orphus sistemi