AMB-nin depozit hərracında tələb təklifi 6 dəfədən çox üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 6 dəfədən çox üstələyib Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
Maliyyə
6 noyabr 2017 07:42
AMB-nin depozit hərracında tələb təklifi 6 dəfədən çox üstələyib
Report

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 6,3 dəfə çox – 630,8 mln. manat təşkil edib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 100 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.

Son xəbərlər

Orphus sistemi