Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda planlaşdırıldığı kimi 200 mln. manat cəlb edilib.
Tələb isə bundan 3,95 dəfə çox – 790,1 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.