AMB-nin depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,7% olub
Maliyyə
8 May , 2017 11:52
AMB-nin depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib
Report

Bakı. 8 may. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. 

"Report" AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manatın vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 2,5 dəfə çox - 504,7 mln. manat təşkil edib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,7% olub.

Son xəbərlər

Orphus sistemi