AMB-nin depozit hərracına tələbat kəskin azalıb

AMB-nin depozit hərracına tələbat kəskin azalıb Tələb təklifin 27,6%-i həcmində olub
Maliyyə
6 Mart , 2017 11:58
AMB-nin depozit hərracına tələbat kəskin azalıb
Report.az

Bakı. 6 mart.REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 41,4 mln. manat təşkil edib. 

"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 14,79% olub.

Xatırladaq ki, bundan əvvəlki hərracda təklif 200 mln. manat, tələbat isə 218 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi