AMB-nin baş direktoru: "Sığorta sahəsində rəqəmsallaşma əsas prioritetdir"

AMB-nin baş direktoru: "Sığorta sahəsində rəqəmsallaşma əsas prioritetdir" Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sahəsində rəqəmsallaşmanı əsas prioritet kimi qəbul edib.
Maliyyə
28 Yanvar , 2022 13:43
AMB-nin baş direktoru: Sığorta sahəsində rəqəmsallaşma əsas prioritetdir

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sahəsində rəqəmsallaşmanı əsas prioritet kimi qəbul edib.

“Report” xəbər verir ki, bunu AMB-nin baş direktoru Ziya Əliyev deyib.

"Azərbaycanda ötən il toplanılmış sığorta haqlarının məbləğində ikirəqəmli artıma (16%) nail olunub. Hətta pandemiya dövründə də bu dinamika özünü qoruyub saxlaya bilib. Artımın daha da yüksəlməsinə ümid edirik. İlk növbədə icbari sığorta sahəsində artıma ümid edirik. Eyni zamanda əhalinin sığorta mədəniyyətinin yüksəlməsi üçün işlər görürük. Sığorta xidmətlərinin rəqəmsallaşması da əsas prioritetdir. Xüsusilə də könüllü sığorta növləri üzrə qiymətlərin tənzimlənməsi məqsədlərdən biridir", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi