AMB-nin  aktivlərinin və passivlərinin yenidən qiymətləndirilməsi qaydası dəyişir

AMB-nin  aktivlərinin və passivlərinin yenidən qiymətləndirilməsi qaydası dəyişir Azərbaycan Mərkəzi Bankına (AMB) aktivlərinin və passivlərinin yenidən qiymətləndirilməsi qaydasının dəyişdirilməsi təklif edilir.
Maliyyə
5 İyun , 2023 10:03
AMB-nin  aktivlərinin və passivlərinin yenidən qiymətləndirilməsi qaydası dəyişir

Azərbaycan Mərkəzi Bankının (AMB) aktivlərinin və passivlərinin yenidən qiymətləndirilməsi qaydasının dəyişdirilməsi təklif edilir.

“Report” xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində AMB-nin balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlir (reallaşdırılmamış gəlir) yenidən qiymətləndirmə üzrə ehtiyatlara aid edilir və AMB-nin kapital ehtiyatları və mənfəətinin sərbəst qalığının hesablanmasında nəzərə alınmır.

Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərər əvvəlki dövrlərdə yenidən qiymətləndirmə üzrə ehtiyatlar hesabına ödənilir, bu ehtiyatlar kifayət etmədikdə isə AMB-nin kapital ehtiyatları hesabına təmin olunur.

Son xəbərlər

Orphus sistemi