AMB mövcud makroiqtisadi şəraitin qalması çərçivəsində uçot dərəcəsinin daha da azaldılmasını mümkün sayır

AMB mövcud makroiqtisadi şəraitin qalması çərçivəsində uçot dərəcəsinin daha da azaldılmasını mümkün sayır Bakı. 9 aprel. REPORT.AZ/ Mövcud makroiqtisadi şəraitin qalması çərçivəsində uçot dərəcəsinin azalması mümkündür. Bununla bütövlükdə monetar şəraiti neytral zonaya yaxınlaşdıra bilərik.
Maliyyə
9 Aprel , 2018 16:01
AMB mövcud makroiqtisadi şəraitin qalması çərçivəsində uçot dərəcəsinin daha da azaldılmasını mümkün sayır

Bakı. 9 aprel. REPORT.AZ/ "Mövcud makroiqtisadi şəraitin qalması çərçivəsində uçot dərəcəsinin azalması mümkündür. Bununla bütövlükdə monetar şəraiti neytral zonaya yaxınlaşdıra bilərik".

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri  Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib. 

"Valyuta bazarında qorxulu heç nə görmürük. Bankları stimullaşdırmaq istəyirik ki, onlar kreditləşməyə yönəlsinlər. İqtisadiyyatda pul var, likvidlik səviyyəsi artır. AMB birinci rübdə pul bazasını 11% artırıb. İqtisadiyyatın likvidliyə tələbi olub və biz vermişik, ancaq bu vəsaitlər qiymətli kağızlara verilir. Ona görə biz çalışırıq ki, həmin pullar maksimum kreditləşməyə yönəldilsin", - deyə o qeyd edib. 

E.Rüstəmovun sözlərinə görə, bank sektorunun sağlamlaşdırılması, maliyyə vasitəçiliyinin təmin olunması, əhalinin və biznesin maliyyə vəziyyətinin sağlamlaşdırılması ilə bağlı araşdrmalar aparılır.

"Son 3 ayda milli valyutanın real effektiv məzənnəsi azalıb. Azərbaycan manatının tərəfdaşları ilə məzənnəsində 30-35% ucuzluğu saxlanılır. Bu da manatın rəqabət üstünlüyünü əks etdirir", - deyə o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi