Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) stolüstü əskinas sayğaclarına və vakuum presləyicilərə texniki qulluq (servis) göstərilməsi xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 20 manatdır. İddiaçılar təklifləri aprelin 3-nə qədər AMB-yə (Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Bühbudov küçəsi, 90 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs Ramin İsgəndərovdur. Telefon: (012) 493 11 22 (daxili 484).
Təkliflərə aprelin 4-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.