AMB investisiya məqsədli pul nişanlarının dəyərini gündəlik müəyyən edəcək

AMB investisiya məqsədli pul nişanlarının dəyərini gündəlik müəyyən edəcək Azərbaycan Mərkəzi Bankının (AMB) ilk dəfə tədavülə buraxdığı, yüksək əyarlı yerli qızıldan hazırlanmış investisiya məqsədli pul nişanları həm ölkə, həm də xarici vətəndaşlar üçün əlçatan olacaq.
Maliyyə
5 may 2023 08:08
AMB investisiya məqsədli pul nişanlarının dəyərini gündəlik müəyyən edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ilk dəfə tədavülə buraxdığı, yüksək əyarlı yerli qızıldan hazırlanmış investisiya məqsədli pul nişanları həm ölkə, həm də xarici vətəndaşlar üçün əlçatan olacaq.

"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Aqşin Vəliyev pul nişanlarının təqdimatında bildirib.

Onun sözlərinə görə, qızıl sikkələr 999,9 əyarlı qiymətli metaldan hazırlanıb və onları həm AMB-nin, həm də yerli bankların kassalarından almaq mümkün olacaq.

"Sikkələrin dəyəri AMB-nin internet səhifəsində gündəlik açıqlanacaq, qızılın dəyərinə uyğun olaraq hesablanacaq", - deyə A.Vəliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi