AMB hərraca çıxardığı notların cəmi 4%-ni satıb

AMB hərraca çıxardığı notların cəmi 4%-ni satıb ​Qurumun qiymətli kağızlarına cəmi 2 investordan 2 sifariş daxil olub
Maliyyə
102
7 Dekabr , 2016 17:45
AMB hərraca çıxardığı notların cəmi 4%-ni satıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100652S nömrəsi ilə saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 75 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hərraca 2 investor 2 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,237 mln. manat təşkil edib ki, bu da AMB-nin satmaq istədiyi notların cəmi 4,32%-dir. Sifarişlər 98,84 manat (14,569%)-98,88 manat (14,0609%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti AMB tərəfindən 98,84 manat (14,569%), ortaölçülmüş qiyməti 98,865 manat (14,2514%) səviyyəsində müəyyən olunub.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 3,237 mln. manat məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 5 yanvar 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi