AMB faiz dəhlizinin aşağı həddini 10%-ə endirib - ƏLAVƏ OLUNUB

AMB faiz dəhlizinin aşağı həddini 10%-ə endirib - ƏLAVƏ OLUNUB Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsi ilə bağlı növbəti iclası avqustun 1-nə təyin edilib
Maliyyə
22 İyun , 2017 10:24
AMB faiz dəhlizinin aşağı həddini 10%-ə endirib - ƏLAVƏ OLUNUB
Report

İlk xəbər 10:08-də verilib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin iclasında bu gündən etibarən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz (18%) saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi (hazırda 15%) haqqında növbəti iclası 1 avqust 2017-ci il tarixinə təyin edilib. 

***

Qeyd edilib ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub, ixracın artımı və idxalın azalması nəticəsində tədiyyə balansı profisit mövqeyə keçib. Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlir. Mərkəzi Bank monetar şəraitdə müəyyən kəmiyyət dəyişikliyi etsə də, mühafizəkar pul-kredit siyasətini davam etdirir və ilin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq uçot dərəcəsinin azaldılması potensialını qeyd edir.

AMB-nin İdarə Heyəti hesab edir ki, sabit monetar şərait və məzənnə volatilliyinin olmadığı şəraitdə qısamüddətli inflyasiya riskləri məhdudlaşdırılıb və cari ilin ikinci yarısında həm əhalinin, həm də biznesin inflyasiya gözləntiləri azalmalıdır.

Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını qeyd edir.

AMB-nin inflyasiyanın hədəflənməsi rejiminə nəzərdə tutulan keçidi, maliyyə sabitliyinin dərinləşdirilməsi istiqamətində gözlənilən nəticələr, yeni fiskal qaydaların qəbulu və tətbiqi, bütövlükdə makroiqtisadi siyasətin əlaqələndirilməsi çərçivəsinin institutlaşması ortamüddətli inflyasiya risklərini daha da effektiv idarəetməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi