AMB ev təsərrüfatları ilə bağlı sorğu keçirəcək

AMB ev təsərrüfatları ilə bağlı sorğu keçirəcək Bu məqsədlə Mərkəzi Bank sorğunu keçirəcək təşkilatın müəyyənləşdirilməsi üçün tender elan edib
Maliyyə
30 avqust 2017 11:50
AMB ev təsərrüfatları ilə bağlı sorğu keçirəcək
Report

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması məqsədilə açıq tender keçirir.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Tenderdə iştirak etmək üçün iddiaçı tender təklifinin qiymətinin 1%-i məbləğində bank təminatı, iddiaçının oxşar işlərdə son 3 il ərzində təcrübəsinin olması barədə məlumat, ən azı 2 korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu və s. sənədlər təqdim etməlidir.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 13 oktyabr 2017-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə 4 oktyabr saat 18:00-a qədər Mərkəzi Bankın inzibati binasına təqdim etməlidir. İddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin hesabına 150 manat məbləğində vəsait köçürməlidir.

Tender proseduru 16 oktyabr 2017-cı ildə AMB-nin inzibati binasında keçiriləcək.

Tender üzrə əlaqələndirici şəxslər Hüquq Departamentinin əməkdaşı Elvin Şirdanov (tel.: 493 11 22, daxili 428) və Statistika Departamentinin əməkdaşı Məlik Mövsümzadədir (tel.: 493 11 22, daxili 293).

Son xəbərlər

Orphus sistemi