Ölkədə elektron bankçılıqdan aktiv istifadə üzrə videoçarxlar hazırlanıb

Ölkədə elektron bankçılıqdan aktiv istifadə üzrə videoçarxlar hazırlanıb “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş rəqəmsal ödənişlər üzrə maarifləndirmənin və təbliğatın gücləndirilməsi, ictimai məlumatlığın artırılması istiqamətində davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir.
Maliyyə
5 may 2020 07:53
Ölkədə elektron bankçılıqdan aktiv istifadə üzrə videoçarxlar hazırlanıb
Azərbaycan Mərkəzi Bankı / Report

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş rəqəmsal ödənişlər üzrə maarifləndirmənin və təbliğatın gücləndirilməsi, ictimai məlumatlığın artırılması istiqamətində davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.

Bildirilir ki, koronavirus (COVID-19) pandemiyası dövründə iqtisadi subyektlər və ev təsərrüfatları tərəfindən elektron bankçılıq xidmətlərindən daha aktiv istifadəyə cəlb edilməsi məqsədlə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, İsveçrə Hökumətinin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun (SBFIC) birgə əməkdaşlığı əsasında maarifləndirici xarakterli videoçarxlar hazırlanıb.

AMB və Azərbaycan Banklar Assosiasiyasının birgə təşəbbüsü ilə animasiya formasında hazırlanan videoçarxlar internet üzərindən məhsul və xidmətlərin əldə edilməsi, təsərrüfat subyektlərində alış-veriş zamanı koronavirus infeksiyasından qorunmaq üçün ödəniş kartları ilə təmassız ödənişlərin aparılması, habelə mobil bankçılıq xidmətlərindən istifadə və kart hesabının balansının təhlükəsiz formada artırılması üsullarını özündə əks etdirir.

1. Alış-veriş zamanı koronavirus infeksiyasından özümü necə qoruya bilərəm?

2. Koronavirus infeksiyasından qorunmaq üçün mən bank xidmətlərindən necə istifadə edə bilərəm?

3. Karantin rejimində mən öz ödəniş kartımın balansını necə artıra bilərəm?

Son xəbərlər

Orphus sistemi