AMB depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə 1,75 mlrd. manat cəlb edib

AMB depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə 1,75 mlrd. manat cəlb edib Bakı. 26 noyabr. REPORT.AZ/ 2018-ci ilin 9 ayında Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 41 depozit hərracı, notların yerləşdirilməsi üzrə 37 hərrac keçirib.
Maliyyə
156
26 Noyabr , 2018 13:13
AMB depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə 1,75 mlrd. manat cəlb edib
0 : 00
0 : 00

Bakı. 26 noyabr. REPORT.AZ/ 2018-ci ilin 9 ayında Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 41 depozit hərracı, notların yerləşdirilməsi üzrə 37 hərrac keçirib.

"Report" Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. Hesabat dövrünün sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 1,75 mlrd. manat olub: “Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 700 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 1 050 mln. manat təşkil edib. Cari ilin 9 ayının sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı ilin əvvəli ilə müqayisədə 9,7% azalıb. Dəhlizin aşağı həddinin aşağı salınması ilə sterilizasiya əməliyyatları üzrə gəlirliyin aşağı düşməsinə baxmayaraq tələb təklifi keçirilən depozit hərraclarında 2,6 dəfə, notların yerləşdirilməsi üzrə hərraclarda isə 2,4 dəfə üstələyib. Bu bank sistemində izafi likvidliyin yüksək olduğunu göstərir”.

AMB-dən bildirilib ki, depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı, pul bazarının inkişafı və bununla da pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərir.

“Mərkəzi Bankın sterilizasiya alətləri üzrə gəlirlik pul bazarının vacib reprezentativ göstəricisinə çevrilməklə digər faiz dərəcələrinin səviyyəsinin formalaşmasına təsir göstərməkdədir. Qeyd etmək lazımdır ki, cari ilin yanvar-fevral aylarında açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi üzrə faiz dərəcələri müvafiq olaraq uçot dərəcəsinə yaxın səviyyədə formalaşsa da sonradan kredit aktivliyinin zəif bərpası və bank sistemində iri həcmli struktur likvidliyi şəraitində açıq bazar əməliyyatları üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə bərqərar olub”, - sənəddə vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi