AMB depozit hərracında cəlb etmək istədiyi vəsaitin həcmini yenidən artırıb

AMB depozit hərracında cəlb etmək istədiyi vəsaitin həcmini yenidən artırıb Qurum gələn həftə 3 dəfə çox vəsait cəlb etmək niyyətindədir
Maliyyə
27 Yanvar , 2017 16:50
AMB depozit hərracında cəlb etmək istədiyi vəsaitin həcmini yenidən artırıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə bir dəfə keçirdiyi depozit hərracı vasitəsilə cəlb etmək istədiyi vəsaitin həcmini 3 dəfə artırıb. 

Bu barədə “Report” AMB-yə istinadən xəbər verir.

Belə ki, qurum yanvarın 30-da keçirəcəyi depozit hərracında 150 mln. manat vəsait cəlb etmək niyyətindədir. Halbuki, bu rəqəm yanvarın 24-də keçirilmiş hərracda 50 mln. manat olub.

AMB-nin depozit hədəfinə yenidən baxması çox güman ki, son hərracda tələbin təklifdən 3,3 dəfə çox – 165 mln. manat olması ilə bağlıdır. Bu, yanvar ayı ərzində 2-ci oxşar haldır. Yanvarın 9-da və 17-də təşkil olunmuş hərraclarda 15 mln. manatın cəlb olunması planlaşdırılsa da, tələb müvafiq olaraq 30 mln. və 45 mln. manat təşkil edib. Bundan sonra hərracın büdcəsinin 50 mln. manata çatdırılmasına qərar verilib.

Son xəbərlər

Orphus sistemi