AMB daha 3,5 mln. manatlıq not satıb

AMB daha 3,5 mln. manatlıq not satıb Bu, qurumun hərraca çıxardığı notların 70%-i deməkdir
Maliyyə
5 Yanvar , 2017 15:36
AMB daha 3,5 mln. manatlıq not satıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) dövlət qeydiyyatından keçmiş ümumi həcmi 5 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının (50100153S) yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hərraca 2 investor 2 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 3 507 500 manat (hərraca çıxarılan notların 70%-i) təşkil edib. Sifarişlər 98,92 manat (14,5572%)-98,94 manat (14,2847%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti AMB tərəfindən 98,92 manat (14,5572%), ortaölçülmüş qiyməti 98,9316 manat (14,3991%) səviyyəsində müəyyən olunub.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 3 507 500 manat məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 1 fevral 2017-cı ildir.

Son xəbərlər

Orphus sistemi