Bakı. 26 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) yeni not emissiyasını (50100453S) qeydə alıb. Bu barədə “Report”a Palatadan bildirilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 100 manat olan 250 min ədəd qısamüddətli notun buraxılışını nəzərdə tutur.
Qiymətli kağızların tədavül müddəti 28 gündür.