Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna qədər ölkədə qiymət artımının indiki səviyyədə qalacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Vüqar Əhmədov bildirib.
"Bizim müxtəlif senarilər əsasında inflyasiya proqnozlarımız var. Bütün proqnozlar inflyasiyanın cari səviyyədən aşağı olacağını göstərir, hədəfin yuxarı həddinə doğru yaxınlaşacağını göstərir. Hökumətin antiinflyasiya proqramları bu prosesə təsir edir. AMB-nin inflyasiya proqnozu 4+-2%-dir. Yuxarı hədd dedikdə 6% nəzərdə tutulur, amma ortamüddətli dövrdə 4%-ə yaxınlaşaıcığını düşünürük", - deyə o, qeyd edib.