AMB: "Bu il cari əməliyyatlar balansında ÜDM-ə nisbətdə 23-25% profisit ola bilər"

AMB: "Bu il cari əməliyyatlar balansında ÜDM-ə nisbətdə 23-25% profisit ola bilər" Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 milyon ABŞ dolları artıb.
Maliyyə
5 İyul , 2022 14:53
AMB: Bu il cari əməliyyatlar balansında ÜDM-ə nisbətdə 23-25% profisit ola bilər

Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 milyon ABŞ dolları artıb.

“Report” xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

"İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində AMB-nin xarici valyuta ehtiyatlarını satılmış vəsait qədər tam bərpa edəcəyi proqnozlaşdırılır. Bundan əlavə, 2022-ci ilin sonuna tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25% intervalında profisitin olacağı proqnozlaşdırılır",- deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi